Tarix: Bu gün, 14:30

Paytaxtın Nərimanov, Səbail və Nəsimi rayonlarında yerləşən zərgərlik mağazalarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Shir.az xəbər verir ki, 5 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasında şübhəli bilinən şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs mağazalara müştəri qismində daxil olaraq satıcıların diqqətini yayındırmaqla qızıl məmulatlarını ələ keçirib.
Hadisə anları mağazalardakı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.














































