Tarix: Bu gün, 13:30

TƏBİBin icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.
Shir.az xəbər verir ki, bu barədə Axar.az Bakupost.az-a istinadla məlumat yayıb. Bildirilir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.
Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.
Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.














































