
Shir.az xəbər verir ki, Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi keçirilib
Dünən Opera studiyasında Xalq şairi Ramiz Rövşənin poeziya gecəsi təşkil olunub. Tədbir söz və sənətsevərlərin böyük marağı ilə qarşılanıb.
Gecənin aparıcısı Xalq artisti Nurəddin Mehdixanlı olub. O, səhnədə çıxışı ilə tədbirə xüsusi ovqat və dərinlik qatıb.
Tədbirdə Xalq artisti Mehriban Zəki, müğənni Nisa Qasımova, Xalq artisti Gülyanaq Məmmədova və digər tanınmış simalar iştirak ediblər. Çıxışlar və səsləndirilən şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Gecə bir daha göstərib ki, poeziya yalnız misralar toplusu deyil, insan taleyinin, duyğularının və yaşanmış ömrünün bədii ifadəsidir. Belə tədbirlər ədəbiyyat və sənətə marağın davam etdiyini bir daha təsdiqləyir.
Nazlı Onur



















































