Son xəbərlər:
"Hər əməlin öz cavabını tapır"-                        Место Азербайджана там, где будут реально решаться судьбы мира - РАСКЛАД от Новруза Аслана                        DİN-də 2025-ci ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib                        Məktəblilərin qış tətili başlayır                        Bu gün Arzu Əliyevanın ad günüdür                        Ana fəryadı: 2019-cu il təvəllüdlü Nihadın müalicəsi üçün köməyə ehtiyac var                        Balakən RİH-də genişmiqyaslı kadr və struktur dəyişiklikləri - müavinlər və şöbə müdirləri vəzifədən azad edildi                        Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto                        Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto                        DTX rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət edib                        İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto                        İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto                        Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto                        20 Yanvar - Şəhidlərimizin Əbədi Xatirəsi                        DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib                        Azərbaycan əhalisinin sayı açıqlandı                        20 Yanvarla əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq                        Ombudsman 20 Yanvarla bağlı bəyanat yaydı                        Kərim Vəliyev Qətərdə səfərdədir - Foto                        Продуманные шаги к миру: взвешенная и принципиальная политика Азербайджана -                        Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdi                        Qələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılır                        Görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasından 106 il ötür                        Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla növbəti qəbul keçirib                        Təşvişə düşməyin!                        Martda 18 qeyri-iş günü olacaq                        Neft həftəyə bu qiymətlə başladı                        Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...                        Azərbaycan və Ermənistan arasında ticarət münasibətləri rəsmi şəkildə başlayıb                        Ərdoğan Səudiyyə ilə əməkdaşlığı dərinləşdirmək planlarını açıqladı                       
Tarix: 10-04-2025, 15:30


“Aprelin 9-da ADA Universitetində Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda müzakirə olunan məsələlər bu gün Avrasiya məkanında yerləşən əksər ölkələrin üzləşdikləri müxtəlif problemlərə həsr olunub. ki, yeni dünya nizamının formalaşması bir çox gərginliklər və hətta silahlı münaqişələr doğurur. Bu baxımdan Azərbaycanın qlobal sülhə töhfə verən ölkə kimi çıxış etməsi əlbəttə ki, beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır. Eyni zamanda da bu gün dünya Avropa və Asiyanın qovuşdu məkanda, Şərq-Qərb və Şimal-Cənub kəsişmə nöqtəsində yerləşən ölkəmizin qlobal miqyasda rolunu anlamağın və nəzərə almağın vacibliyini getdikcə daha aydın başa düşür. Təbii ki, bu gün Cənubi Qafqazda sülh və sabitliyin əldə olunması artıq çoxdan regional əhəmiyyətli məsələ olmaqdan çıxıb. İndi bu göstərici həm Avropanın enerji təhlükəsizliyi üçün, həm də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin inkişafı üçün mühüm amilə çevrilib. Məhz bu baxımdan da Forumda müzakirə edilən məsələlərdən biri kimi Azərbaycan-Ermənistan münasibətləri və xüsusən də sülh prosesinin hazırkı durumu tədbir iştirakçılarını ən çox maraqlandıran mövzulardan oldu. Bundan sonra Cənubi Qafqazda vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi bir çox suallar doğurur. Lakin Azərbaycan özünün aydın və birmənalı mövqeyini ortaya qoymaqla gələcək hadisələrin xarakterinin artıq məhz Ermənistanın seçəcəyi yolla müəyyən ediləcəyini bəyan etmiş oldu. Bu fikir öz əksini cənab Prezident İlham Əliyevin çıxışında da tapıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, separatçılığın kökünü kəsdi və sərhədlərinin toxunulmazlığını təmin etdi. Lakin potensial təhlükələr bundan sonra da nəzərə alınacaq. Özünün müdafiə qüdrətini daim artıracaq.”

Shir.az xəbər verir ki, bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili həmçinin qeyd edib ki, Cənubi Qafqaz regionunda yeni yaranmış reallıqların dünyada, xüsusən də Avrasiya məkanında gedən proseslərə təsir gücünün getdikcə artması bir daha Azərbaycanın son dərəcə uğurlu xarici siyasət yürütdüyünü təsdiq edir: “Azərbaycan özünün beynəlxalq əlaqələrini, o cümlədən dünyanın ən güclü lider ölkələri ilə ikitərəfli münasibətlərini dinamik şəkildə inkişaf etdirir. Hazırda Çin şirkətləri ilə aparılan fəal çalışmalar və onların müxtəlif sahələrdə, xüsusilə yaşıl enerji sahəsində ölkəmizlə strateji tərəfdaşlığa dəvət olunmaları da bunu bir daha nümayiş etdirir. Diqqətəlayiq məqamlardan biri budur ki, bu istiqamətdə görülən işlər Azərbaycana həm də güclü siyasi dividendlər qazandırır. Bakıda keçirilən “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq konfransda iştirak edən Çinin rəsmi dövlət nümayəndəsinin bəyanatında Zəngəzur dəhlizinin tezliklə açılmasının zəruriliyinin vurğulanması da bunu bir daha sübut edir. Bəyanatda qeyd olunub ki, bu layihənin həyata keçirilməsi Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrini gücləndirəcək, regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Bu bəyanat Azərbaycanın mövqeyini daha da möhkəmləndirən amil kimi çıxış edir və bir daha cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, prqmatik xarici siyasətin effektivliyini nümayiş etdirir” – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031