Tarix: 17-07-2024, 12:31
Azərbaycan Prezidentinin Sərəncamı ilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Cavid Teyrun oğlu Əbdul-Qədirov bu gün kollektivə təqdim olunub.
Shir.az xəbər verir ki, onu kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.
Təqdimatda Z.Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
C.Əbdul-Qədirov ona göstərilən etimada görə minnətdarlıq edib.