Son xəbərlər:
Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                        Azərbaycana 37 sm qar yağdı                        Novruzəli Aslanov: “Xocalı Memorialının açılışı yaddaş və ədalətin təntənəsidir”                        Rus general Azərbaycana gəldi                        Milli Məclis üzvü Novruzəli Aslanov: “Televiziya məkanında dəyişikliklər kompleks və sistemli yanaşma tələb edir”                        Prezident Xocalıdadır                        İlham Əliyevin ABŞ səfəri başa çatdı                        Milli Məclisin növbəti plenar iclası başladı                        Novruzəli Aslanov: Şamaxıda gənclərlə görüş insan kapitalının inkişafında mühüm əhəmiyyət daşıyır                        Novruzəli Aslanov: Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası iqtisadi əməkdaşlıqda yeni mərhələdir                        Nazir Nihad Muxtarlıya yüksək vəzifə verdi                        TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilib                        Heydərovun yeni müavinləri kimlərdir? - Dosye                        Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto                        Xətai rayonunun icra başçısına ağır itki üz verib                        İşdən çıxarılan nazir müavinlərinin yerinə təyinat                        İlham Əliyev litvalı həmkarını təbrik etdi                        Cəmiyyətdə “güclü qadın” anlayışı və onun daxili yükü                        Sualın arxasındakı niyyət, cavabın arxasındakı dövlət – Münhendə səslənən mesaj                        “Sevgililər Günü”-nün səssiz qəhrəmanları                        Баку и Вашингтон закрепили стратегический курс: Хартия открывает новую геополитическую реальность                        İlham Əliyev bu şəxsləri də təltif etdi                        Prezident bu hərbçiləri təltif etdi                        DTX: Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərlə bağlı cinayət işi açılıb                        Onlara ali xüsusi rütbələr verildi                        Bakıda zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb                        Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib                        ABŞ - Azərbaycan Strateji Tərəfdaşlığı Yeni Mərhələyə Keçdi - Novruzəli Aslanov                       
Tarix: 18-07-2024, 10:25

Azərbaycanda internetin sürəti ilə yanaşı qiyməti də artacaq.

Shir.az xəbər verir ki, bu barədə "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin idarə heyətinin sədri Elvin Abbasov açıqlama verib. 

Onun sözlərinə görə, bu, proqnoz deyil provayderlərin “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq, 30 gün əvvəl yayımladıqları xəbərdarlıqlara əsaslanır.

O bildirib ki, iyulun 12-də özəl provayderlər, 17 iyulda isə dövlət provayderləri bu barədə məlumat yayıblar:

"Məsələyə ilk növbədə istehlakçının perspektivi baxımdan yanaşmağın tərəfdarıyam. İstehlakçı fakt qarşısında qalmamalıdır. Provayderlər vacib məlumatları yalnız öz saytlarında və qəzetlərdə yerləşdirməklə kifayətlənməməli, daha geniş formada yayımlamalıdırlar. Təəssüf ki, nə özəl, nə də dövlət provayderləri bunu etməyiblər.

Hazırda ölkədə bütün provayderlər ADSL-dən GPON və digər genişzolaqlı internet infrastrukturuna keçirlər ki, bu da ciddi investisiya tələb edir. Ən ucqar bölgələrdə belə bu infrastrukturun qurulması böyük xərclərə səbəb olur. Əhalinin yüksək sürətli internetə tələbi də artır. Bu səbəbdən provayderlərin qiymət artımına getməsi normaldır.

Digər məsələ isə abunəçilərin maarifləndirilməsidir. Provayderlər bu mövzuda təşəbbüs göstərmirlər. "Onlayn Azərbaycan" layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulması 92%-ə çatsa da, ADSL istifadəçiləri hələ də çoxluq təşkil edir. Bu keçid mərhələsində düzgün maarifləndirmə vacibdir. Təəssüf ki, insanlar yüksək sürətli internet tələb etsələr də, adətən minimal paketləri seçirlər. Provayderlərin abunəçilərə sadəcə sürətin və qiymətin dəyişməsi ilə bağlı məlumatı verməsi ilə kifayətlənmələrinin yetərli olmaması belə məqamda da aydın olur. Təəssüflər olsun ki tələb ilə reallıq üst-üstə düşmədiyi halda narazılıqlar davam edir.

Maarifləndirmə iki istiqamətdə aparılmalıdır. İlk olaraq abunəçilər Mbit başına qiymət prinsipinə diqqət yetirməlidirlər. Məsələn, 40 Mbit/s sürət təklif edən internet paketi ayda 18 manatadırsa, Mbit dəyəri 0.45 manat/Mbit olur. Mbit dəyəri sabit qalmaqla sürət və qiymət artımına gedilirsə, istifadəçi daha çox sürəti daha ucuz qiymətə alır. Provayderlərın məlumatlarına əsaslansaq, PPMbit dəyərinin 2 dəfə azaldığını görürük. Bu da abunəçilərin hər Mbit/s üçün daha az ödəyəcəklərini göstərir.

Digər məqam isə sürətlə bağlıdır. Sürətli internet dövrün əsas tələblərindən biri olduğu məlumdur. Buna görədə bütün ölkələr internet surətini yaxşılaşdırmaq üçün adətən yarış içindədirlər. Artıq bizneslərin, sosial aktivlik, iqtisadi fəallıq və digər bütün sahələrin inkişafında demək olar ki, sürətli internetə ehtiyac var. Faylların və məlumatların tez yüklənməsi, veb səhifələrinin daha tez açılması, eyni zamanda məsafədən onlayn işləyən və təhsil alan insanlar üçün sürətli internet çox əhəmiyyətlidir. Bu, həmçinin videokonfransların keçirilməsinə, video, musiqi, serial və filmlərin daha yüksək keyfiyyətdə izlənməsinə imkan verir. Onlayn oyunlar üçün də aşağı ping və yüksək sürət əhəmiyyətlidir. "YouTube"da ən yüksək keyfiyyətli 4K videoları izləmək üçün təxminən 20 Mbps sürətli internet lazımdır, 1080p keyfiyyətində isə ən azı 5 Mbps sürətli bir bağlantı olmalıdır. 720p videolarda 2.5 Mbps və 480p (standart təyinat) videolarda isə 1.1 Mbps sürət kifayətdir.

Ölkədə sürətin artımı ilə bağlı göstəriciləri mütəmadi izləyirəm. Ümumiyyətlə, təqdirəlayiq haldır ki, genişzolaqlı internetin sürət artımında müsbət dinamika hər zaman davam edir. Qlobal şirkət olan “Ookla”nın iyun ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq, orta hesabla 39,87 Mbit/s-ni keçib. Bu, illik sürətin 35% artımı deməkdir.

Orta illik sürət artımının daha yüksək olması üçün ortalama istifadəçinin daha yüksək sürətli internetdən istifadə etməsi zəruri şərtdir. Provayderlərin tarif paketlərində etdiyi dəyişiklərə əsasən növbəti aydan etibarən ölkədə genişzolaqlı internetin minimal sürəti 100 Mbit/s-dən başlayacaq. Bu gediş beynalxalq reytinqlərə də müsbət formada yansıyacaq və orta illik sürətin artımına ciddi təsir göstərəcək".

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031