Tarix: 18-07-2024, 10:31
ABŞ-nin Ohayo ştatının qubernatoru, 39 yaşlı Ceyms Devid Vens Respublikaçıların vitse-prezidentliyə namizədi olmağa razılıq verib.
Shir.az “BBC“yə istinadən xəbər verir ki, bu barədə onun özü bildirib. Siyasətçinin sözlərinə görə, qalib olacaqları təqdirdə söz azadlığı və azad fikrin təbliğinə ciddi dəstək verəcək.
O, həmçinin demokratların yeni ideyaları müzakirə etməkdən çəkindiyini də sözlərinə əlavə edib. Eyni zamanda Ukraynaya neytral status verilməsini və sərhədlərin mövcud vəziyyətdə saxlanılmasının tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, o Rusiya-Ukrayna müharibəsində ölkəsinin sonuncunu silahlandırmasını dəfələrlə tənqid edib.