Tarix: 19-07-2024, 13:21
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə diqqət çəkib.
Shir.az xəbər verir ki, səfirliyin "X" hesabında Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü foto paylaşılıb.
Başlıq olaraq isə "Hər şeyin təzəsi, dostun köhnəsi" məsəli qeyd olunub.
Bildirək ki, fotoda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də yer alıb.