Tarix: 22-07-2024, 12:05
Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.
Shir.az xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, 2024-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlarla ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib.