Tarix: 22-07-2024, 13:13
Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq üçün Türkiyə kimi güclü olmaq şərtdir.
Shir.az xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
O, Türkiyəni digər vasitəçilik iddiasında olan dövlətlərə nümunə göstərib:
“Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan davam edən bu müharibəyə son qoymaq üçün çox səy göstərdilər, vaxt sərf etdilər. Əldə olunan və dünya miqyasında uğurlu olan “Taxıl sazişi” həm də Türkiyənin uğurudur. Türkiyə əsir mübadiləsində də uğurlu olmuşdu. Türkiyə dünyada liderdir”.