Tarix: 23-07-2024, 09:45
Perunun Tarma əyalətində avtobusun 200 metr hündürlükdən dərəyə aşması nəticəsində azı 9 nəfər həlak olub.
Shir.az xəbər verir ki, bu barədə “RPP” məlumat yayıb.
Avtobusda xalq orkestrinin musiqiçilərinin olduğu, onlardan 11-nin yaralandığı qeyd edilir.
Məlumata görə, qrup konsert vermək üçün paytaxta hərəkət edirmiş.