Tarix: 23-07-2024, 13:28
Türkiyənin Mersin şəhərində FETÖ-yə qarşı əməliyyat keçirilib.
Shir.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, FETÖ-nün maddi təşkilatlanmasına qarşı həyata keçirilən əməliyyat nəticəsində 11 şübhəli saxlanılıb. Onlardan 5-i məhkəmənin qərarı ilə həbs olunub. Digərləri isə sərbəst buraxılıb.
Məlumata görə, şübhəli şəxslər xaricdən gətirilən maliyyə vəsaitini ölkə daxilindəki terror üzvlərinə paylamaqla məşğul olublar.