Son xəbərlər:
Ana fəryadı: 2019-cu il təvəllüdlü Nihadın müalicəsi üçün köməyə ehtiyac var                        Balakən RİH-də genişmiqyaslı kadr və struktur dəyişiklikləri - müavinlər və şöbə müdirləri vəzifədən azad edildi                        Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto                        Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto                        DTX rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət edib                        İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto                        İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto                        Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto                        20 Yanvar - Şəhidlərimizin Əbədi Xatirəsi                        DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib                        Azərbaycan əhalisinin sayı açıqlandı                        20 Yanvarla əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq                        Ombudsman 20 Yanvarla bağlı bəyanat yaydı                        Kərim Vəliyev Qətərdə səfərdədir - Foto                        Продуманные шаги к миру: взвешенная и принципиальная политика Азербайджана -                        Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdi                        Qələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılır                        Görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasından 106 il ötür                        Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla növbəti qəbul keçirib                        Təşvişə düşməyin!                        Martda 18 qeyri-iş günü olacaq                        Neft həftəyə bu qiymətlə başladı                        Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...                        Azərbaycan və Ermənistan arasında ticarət münasibətləri rəsmi şəkildə başlayıb                        Ərdoğan Səudiyyə ilə əməkdaşlığı dərinləşdirmək planlarını açıqladı                        İlham Əliyevdən Trampın 907-ci düzəliş qərarına yüksək qiymət                        Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə edilib                        İlham Əliyev: Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb                        İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi                        «На фоне глобальной нестабильности Азербайджан укрепляет свои позиции» - Новруз Аслан                       
Tarix: 24-07-2024, 12:25

Azərbaycan və Qazaxıstan terror və ekstremist təşkilatlar haqqında hərbi kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirməyi planlaşdırır.

Shir.az Qaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan və Azərbaycan arasında müdafiə sahəsində hərbi kəşfiyyata dair əməkdaşlıq haqqında saziş layihəsinin müzakirəsi avqustun 6-dək davam edəcək.

Layihəyə əsasən, tərəflər, həmçinin müdafiə nazirliklərinin şəxsi heyəti üçün birgə döyüş hazırlığı tədbirləri keçirmək niyyətindədirlər.

“Mübahisə və fikir ayrılıqları heç bir milli, beynəlxalq məhkəmə və ya üçüncü tərəfə təqdim edilmədən ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir”, - saziş layihəsində bildirilib.

Hərbi kəşfiyyata dair saziş 5 il müddətinə bağlanır.

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub.

İkitərəfli müqavilə-hüquq bazasına əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 70-ə yaxın sənəd daxildir.

Hər iki ölkə BMT, MDB, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031