Tarix: 25-07-2024, 10:37
Gürcüstan axtarışda olan daha bir Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib.
Shir.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu xəbər yayıb.
Məlumat verilib ki, o, artıq İrəvana çatdırılıb.
Ermənistanın Baş Prokurorluğunun məlumatına görə, həmin şəxs bir qrup şəxslə birlikdə muzdlu məqsədlə adam oğurlamaqda, quldurluqda və xüsusilə külli miqdarda pul tələb etməkdə ittiham olunur.