Tarix: 9-07-2024, 17:30
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında ilk oyununu keçirib.
Shir.az xəbər verir ki, C divizionunun A qrupunda mübarizə aparan qızlar Ermənistanla üz-üzə gəliblər. Cəbəllütariqdə oynanılan görüş komandamızın 86:59 hesablı qələbəsi ilə yekunlaşıb.
Evren Alkayanın rəhbərlik etdiyi kollektiv növbəti oyununu iyulun 10-da Gürcüstan seçməsinə qarşı keçirəcək.
Oğlanlardan ibarət komanda isə bu gün A qrupunda yarışa ev sahibliyi edən Albaniya seçməsi ilə qarşılaşacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21:30-da səslənəcək.