Tarix: 29-07-2024, 11:13
İyulun 26-na keçən gecə Fransada dəmir yollarında törədilən təxribatdan sonra qatarların hərəkəti tamamilə normallaşıb.
Shir.az-ın məlumatına görə, bunu “RTL” telekanalının efirində nəqliyyat naziri Patris Verqriet deyib.
“Bu səhər həm Şərq xəttində, həm də Atlantik xəttində bütün qatarlar işləyir, dünən hərəkət demək olar ki, normal vəziyyətdə olub, bu gün isə Şimal xəttində qatarlar normal işləyir”, – o bildirib.
Xatırladaq ki, Fransa Milli Dəmir Yolları Şirkəti (SNCF) cümə gününə keçən gecə dəmir yolu xətlərində bir neçə yanğının törədildiyi barədə məlumat verib.