Tarix: 29-07-2024, 14:00
Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinin birinci müavini Vladimir Titovu tutduğu vəzifədən azad edib.
Shir.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Onun vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb.
Titov 2013-cü ilin aprel ayından bu postda çalışırdı və Avropa ölkələri ilə əlaqələrə, eləcə də inzibati məsələlərə görə məsul olub.