Son xəbərlər:
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                        TƏCİLİ: İranın “Şahid” dronu Naxçıvana düşdü – məktəblərdə təxliyə başladı                        SON DƏQİQƏ – İran raketləri Naxçıvan hava limanına düşüb?                        Millət vəkili Novruzəli Aslanov İsmayıllı seçiciləri ilə onlayn görüş keçirib                        Fərid Bağırzadə nazir təyin olundu                        Prezident onlara xüsusi təqaüdlər verdi                        İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi                        Novruzəli Aslanov: Azərbaycan qlobal enerji təhlükəsizliyində etibarlı və strateji tərəfdaşdır                        Baş Dövlət Yol Polisi vətəndaşlara xəbərdarlıq etdi - saxta cərimə SMS-lərinə aldanmayın                        Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                       
Tarix: 10-07-2024, 09:00

Anadolu işğalını davam etdirən Yunanıstan ordusu 1921-ci ilin 10 iyulundan Kütahya-Eskişehir döyüşlərinə başladı. Osmanlı-Türk ordusu Sakarya çayının şərqinə çəkildi.

  Türkiyə Böyük Millət Məclisi Sakarya müharibəsinə hazırlıqlar üçün 5 avqustda Mustafa Kamal Paşanı hədsiz səlahiyyətlərə malik baş komandan elan etdi.

***
  10 iyul 1985-ci ildə “Greenpeace” gəmisi Fransa Gizli Xidməti "Rainbow Warrior" (Göy qurşağı döyüşçüsü) agentləri tərəfindən Oklend (Auckland) limanında bombalanaraq batırıldı. İstintaq zamanı Fransa təxribatı öz agentlərinin törətdiyini qəbul etdi.

***
  Panama diktatoru Manual Norieqa ABŞ hökuməti tərəfindən tutulduqdan sonra çıxarıldığı məhkəmədə narkotik ticarəti maddəsilə 40 illik həbsə məhkum olundu (1992).

***
10 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın görkəmli maarifçi şairi Seyid Əzim Şirvani 1835-ci ilin bu günü dünyaya gəlib. İlk şeirlərini 20 yaşında (1855) yazıb. Bağdada və Misirə səfər edib, dövrün tanınmış alim və şairləri ilə görüşüb.

  Seyid Əzim Şirvaninin qəzəlləri, lirik və satirik şeirləri 19-cu əsrAzərbaycan poeziyasının incilərindəndir.

  S.Ə.Şirvani 1869-cu ildə Şamaxıda yeni tədris prinsiplərinə əsaslanan məktəb açıb. Mirzə Ələkbər Sabir və Sultan Məcid Qənizadə də ibtidai təhsillərini həmin məktəbdə alıblar. (1835-1888)

***

Hərbi xadim, Azərbaycan Demokratik Cümhuriyyəti ordusunun general-mayoru Əbdülhəmid Qaytabaşı 1884-cü il 10 iyulda anadan olub.

 1918-ci ildə müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə qərargahın tərkibindəki növbətçi general vəzifəsinə təyin olunan, 1919-cu ildə Müvəqqəti Ümumi Qərargahın rəisi vəzifəsini icra edən Ə.Qaytabaşı Aprel işğalından sonra bolşeviklər tərəfindən güllələnib. (1884-1920)

***

Tanınmış şərqşünas alim və filosof Aleksandr Makovelski1884-cü il iyulun 10-da anadan olub. 1945-1950-ci illərdə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru vəzifəsini icra edib.  

  Aleksandr Makovelskinin “Nizami və onun Şərqdə rolu” adlı böyük fəlsəfi əsəri təkcə Azərbaycan deyil, Avropa və Amerikada da yüksək qiymətləndirilib. (1884-1969)

***

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Xəstə Bayraməli 1899-cu ilin bu günü Göyçə mahalının Nərimanlı kəndində doğulub.

Yaradıcılığa erkən yaşlarından başlayan Bayraməli epik-lirik poema səpkili hekayətləri, qəzəlləri, beşlikləri, doqquzluqları ilə aşıq sənətinə orijinal bir üslub gətirib.

Xəstə Bayraməli yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında bir növ körpü yaradıb. Onun yaradıcılığında vətənpərvərlik motivləri son dərəcə güclüdür. (1899-1952)       

***
Görkəmli ingilis yazıçısı Ceyms Oldric 1918-ci ilin 10 iyulunda anadan olub. İkinci Dünya Müharibəsi illərində müxbir kimi çalışıb.

Ceyms Oldric Yaxın Şərq xalqlarının milli azadlıq hərəkatından, müstəmləkə siyasətinə qarşı mübarizələrdən bəhs edən “Diplomat”, “Əli silahlılar”, “Qafqaz haqqında nəğmə” və başqa əsərlərin müəllifidir. (1918-2002)

***

Livan əslli misirli məşhur kino aktyoru Ömər Şərif 2015-ci ilin bu günü 83 yaşında keçirdiyi infarkt nəticəsində həyatını itirib. (1932-2015)


Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031