Bakı şəhər sakini olan qadın bir nəfərin onun görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 500 manatını alması barədə polisə müraciət edib
(19-07-2024, 12:05)
(19-07-2024, 12:05)

Bakı şəhər sakini olan qadın bir nəfərin onun görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 500 manatını alması barədə polisə müraciət edib. Bu barədə Shir.az -a DİN-in mətbuat xidmətindən bildirilib. Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən T.Nəcəfov müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

"BakuBus" MMC-nin D kateqoriyalı 1 000 nəfər sürücüyə ehtiyacı var. Shir.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, bu ehtiyac 160 ədəd elektrikli avtomobusun xəttə buraxılması və 200 adi avtobusun istismara qaytarılması hesabına yaranıb.

Şuşa, Laçın və Xankəndi şəhərləri istiqamətində nəqliyyat sistemi hazırlanır. Shir.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib. "Qarabağda həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşımanın həyata keçirilməsi üçün işlər gedir. Biz artıq müsabiqələr elan etmişik. Bərdə-Xankəndi, Bakı -Laçın marşrutları
Medianın İnkişaf Agentliyi Milli Mətbuatın 149-cu ildönümünə həsr olunan konfrans keçirir - YENİLƏNİB
(19-07-2024, 11:44)
(19-07-2024, 11:44)

Milli Mətbuatın 149 illiyinə həsr olunmuş konfrans keçirilib. Shir.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov Azərbaycanda Mətbuatın Yaranmasının 149-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib ki, bu gün Azərbaycan mətbuatı möhkəm təməllər üzərində inkişaf edir: "Bu gün burada ölkəmizin tarixində çox əlamətdar olan gün münasibətilə toplaşmışıq. 149 il bundan əvvəl "Əkinçi" qəzeti işıq üzü görüb.
Vüqar Zifəroğlu: Dezinformasiya ilə bağlı təkcə Azərbaycanda deyil, qlobal miqyasda da çağırışlar var
(19-07-2024, 11:37)
(19-07-2024, 11:37)

Dezinformasiyalarla bağlı təkcə Azərbaycanda deyil, qlobal miqyasda kifayət qədər çağırışlar mövcuddur. Shir.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu Milli Mətbuatın 149-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib. O qeyd edib ki, Azərbaycanda medianın inkişafı ilə bağlı davamlı işlər görülür. V.Zifəroğlu texnoloji yeniliklərin media sahəsində tətbiqinin vacibliyi haqqında da fikirlərini bölüşüb. "Maliyyə dayanıqlılığı mühüm

Ədliyyə nazirinin müvafiq əmri ilə Elçin Nəsibov Nazirliyin Qanunvericilik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Shir.az -a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Bakıda xətlərə əlavə 200 avtobus buraxılıb, marşrutların orta yükü 55 %-ə endirilib. Shir.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib. O həmçinin qeyd edib ki, mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut və zolaqlar şəbəkəsinin tətbiqinə başlanılıb: “Yeni şəbəkədə təxminən 160 km avtobus

Bakıda 8.5 km velosiped yolları yaradılıb və velosiped yolları mərhələlərlə 50 km-ə çatdırılması nəzərdə tutulur. Shir.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, işıqforlarda 22 ədəd velosiped bölməsi yaradılıb. "Xüsusi qurğular vasitəsilə velosiped üçün 26 ədəd duracaq yaradılıb". O əlavə edib ki, Xaqani bağının ətrafının piyadaların
Sumqayıtda vətəndaşa qarşı 21 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
(19-07-2024, 10:45)
(19-07-2024, 10:45)

Sumqayıtda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Shir.az -a verilən xəbərə görə, Sumqayıt şəhər sakini olan bir nəfərin aldadılaraq 21500 manat pulunun alınması barədə polisə məlumat daxil olub. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri təbirlərlə dələduzluq əməlində şübhəli bilinən A.Əmrahov saxlanılıb. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təbirlərlə isə şəhər sakini olan bir nəfərin 600 manatını
MEDİA və Dövlət Xidməti sosial şəbəkələrdə saxta paylaşımlarla bağlı birgə açıqlama yayıb
(19-07-2024, 10:37)
(19-07-2024, 10:37)

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti sosial şəbəkələrdə saxta paylaşımlarla bağlı birgə açıqlama yayıb. Shir.az xəbər verir ki, açıqlamada deyilir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta sosial şəbəkə hesablarında paylaşılan materialların saxta (“fake”)

























