Tarix: 19-07-2024, 12:05
Bakı şəhər sakini olan qadın bir nəfərin onun görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 500 manatını alması barədə polisə müraciət edib.
Bu barədə Shir.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən T.Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.