Son xəbərlər:
Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                        TƏCİLİ: İranın “Şahid” dronu Naxçıvana düşdü – məktəblərdə təxliyə başladı                       
Tarix: 19-07-2024, 11:44

Milli Mətbuatın 149 illiyinə həsr olunmuş konfrans keçirilib.

Shir.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov Azərbaycanda Mətbuatın Yaranmasının 149-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib ki, bu gün Azərbaycan mətbuatı möhkəm təməllər üzərində inkişaf edir:

"Bu gün burada ölkəmizin tarixində çox əlamətdar olan gün münasibətilə toplaşmışıq. 149 il bundan əvvəl "Əkinçi" qəzeti işıq üzü görüb. Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin qoyduğu möhkəm təməllər üzərində inkişaf etməkdədir. Azərbaycanda mətbuatın inkişafında Ümummilli Lider Heydər Əliyevin çox böyük xidmətləri olub. Azərbaycan mətbuatı keçdiyi yolda böyük məhdudiyyətlərlə qarşılaşıb. Azərbaycan Jurnalistlərinin I Qurultayının qərarı ilə yaradılan Mətbuat Şurası ölkəmizdə medianın inkişafında mühüm rol oynayıb. Bu sahədə görülən tədbirlər nəticəsində Azərbaycandakı çap mediasının nəşriyyatlara olan borcu silindi. Azərbaycan bu gün qalib xalqdır. Ölkəmiz Prezident İlham Əliyevin sayəsində Vətən müharibəsində qələbə qazandı. Müharibədən təqribən bir il sonra Media sahəsində islahatların sürətləndirilməsi haqqında Sərəncam imzalandı. MEDİA Agentliyinin yaradılması ilə bu sahədə ciddi islahatlara başlandı. Bu gün onu bildirmək istəyirəm ki, Azərbaycan mətbuatı inkişaf edir".

Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, 1998-ci ilin avqustunda Prezident Heydər Əliyevin imzaladığı sərəncamla mətbuatda senzura ləğv olunub, bununla da mətbuat tarixində yeni dövr başlayıb:

"Bu islahatlar hazırda da davam edir. Bilirsiniz ki, bu il Şuşada II Media Forumu keçiriləcək. Bu ilin əvvəlində Prezident İlham Əliyev jurnalistlərə müsahibəsində Azərbaycan mətbuatında yeni dövrün başlandığını elan etdi. Onu da qeyd etmək istəyirəm ki, jurnalist əməyi böyük peşəkarlıq tələb edir. İnanıram ki, Azərbaycan mətbuatı tərəqqi yolunda bundan sonra da inkişaf edəcək".

Audiovizual Şuranın üzvü Bəxtiyar Qaraca isə Azərbaycan televiziyalarında milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayıb:

"Jurnalistikada ən vacib dəyərlər ləyaqət və prinsiplərə sədaqətdir. Vaxt var idi Azərbaycanda bir televiziya var idi, indi isə telekanalların sayı çoxdur. Bu gün təəssüf ki, televiziya kanallarında milli-mənəvi dəyərlərə uyğun olmayan verilişlər də mövcuddur. 44 günlük Vətən müharibəsində Azərbaycanın bir sıra mətbuat nümayəndələri də döyüşlərdə iştirak edib. Göründüyü kimi, Azərbaycan jurnalistləri həm ön, həm də arxa cəbhədə vətənə fədakarlıqla xidmət ediblər".

Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsinin dekanı Vüqar Zifəroğlu isə ölkəmizdə jurnalistikanın inkişafı sahəsində görülən tədbirlərə nəzər salıb:

"1998-ci ildə qəbul olunan qanunla Azərbaycanda media qurumu təsis olunması proseduru asanlaşdı. Prezident İlham Əliyevin 12 fevral tarixli fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaradılması bu sahədə olduqca mühüm nailiyyətdir. Jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu gün Azərbaycan mətbuatı qarşıda duran yeni çağırışlara adekvat olmalıdır. Texnologiyanın inkişafı bu gün mətbuatda tənzimləyici addımların atılmasını zəruri edir".

Tədbirdə Medianın İnkişafı Agentliyi bu ilin mayında "Yaşıl Dünya naminə Həmrəylik ili" münasibətilə elan olunan müsabiqənin qalibləri mükafatlandırılıb.

xxx

11:08

Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi Milli Mətbuatın 149-cu ildönümü münasibətilə konfrans keçirir.

Shir.az xəbər verir ki, tədbirdə çap və onlayn media subyektlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda təşkil edilən müsabiqənin nəticələri elan ediləcək və qalib olan onlayn media subyektlərinə "Green certificate" təqdim olunacaq.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031