
Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı 2 dəfə azalıb. Shir.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib. "Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, - deyə o əlavə edib.
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Rəhim Rəsulovla vida mərasimi keçirilir
(19-07-2024, 10:23)
(19-07-2024, 10:23)

Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhim Əlyar oğlu Rəsulovun nəşi Sumqayıt şəhərinə gətirilib. Shir.az Reporta istinadən xəbər verir ki. şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Rəhim Əlyar oğlu Rəsulov 1967-ci il dekabrın 19-da anadan olub. O, 1991-ci il dekabrın 28-də Kərkicahan kəndində itkin düşüb. R.Rəsulov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

“Xarici QHT-lərdən Azərbaycan Milli QHT Forumuna COP29-la əlaqədar çoxsaylı əməkdaşlıq təklifləri daxil olmaqdadır. Məsələni İdarə Heyətində müzakirə etdik və qərara aldıq ki, “COP29 QHT Koalisiyası” yaratmağa təşəbbüs göstərək. Təşəbbüsümüz xarici QHT-lər tərəfindən yüksək maraqla qarşılandı. Artıq 30 ölkədən 108 xarici QHT bu koalisiyaya qoşulmağa razılıq verib. Müraciətlər hər gün davam edir, ola bilsin ki, bu şəbəkə daha da genişlənsin. Azərbaycanda ilk dəfədir ki, belə qlobal formatda və
İcma Fransadan Ermənistanı silahlandırmanı və digər pozucu əməlləri dayandırmağı tələb edir
(19-07-2024, 10:13)
(19-07-2024, 10:13)

Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Krallığın Vudstok şəhərində baş tutan Avropa Siyasi İcmasının sammitində keçirdiyi mətbuat konfransında ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandırmağa və Azərbaycana böhtan atmağa cəhd edib. Shir.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, 2020-ci ildə Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsini mənfi müstəvidə təqdim etməyə cəhd edən Fransa prezidentinə xatırladırıq

İyulun 19-u saat 10:00-a olan məlumata görə, gündüz saatlarında Azərbaycanın bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında da gündüz saatlarında qısamüddətli az yağış yağıb. Düşən yağıntının miqdarı Şahdağda 16 mm, Qrızda 9 mm, Xınalıq, Qax, Zaqatalada 7 mm, Şəki, Balakən, Göygöl, İsmayıllı, Oğuz, Gəncə, Gədəbəy, Şəmkir, Ceyrançöl, Qəbələ, Altıağac, Xaçmaz, Quba,

İyulun 18-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rayonun Gödəklər kəndində səyyar qəbulu keçirilib. “Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda hüquq-mühafizə orqanların rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşdə Əziz

İyulun 18-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Shir.az -a DİN-in mətbuat xidmətindən bildirilib. Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən

Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Shir.az “Azəriqaz” İB-dən bildirilib. "Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 19.07.2024-cü il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", – məlumatda qeyd olunub.

Çilinin şimalında 7,3 bal gücündə zəlzələ baş verib. Shir.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri San Pedro de Atakama qəsəbəsindən 43 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 128 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib.

Bir sıra beynəlxalq nəşrlərdə dərc edilən məqalələrdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin COP29-da iştirak edən ölkələrin hökumətlərinə rəsmi məktub göndərildiyi bildirilir. Shir.az xəbər verir ki, Britaniyanın “Business Green” nəşrində iyulun 18-də dərc olunan məqalədə yazılır: “COP29 iqlim sammitinin prezidenti təsdiq edib ki, iqlim

























