Tarix: 19-07-2024, 09:11
Çilinin şimalında 7,3 bal gücündə zəlzələ baş verib.
Shir.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri San Pedro de Atakama qəsəbəsindən 43 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 128 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.