Son xəbərlər:
Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto                        Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto                        DTX rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət edib                        İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto                        İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto                        Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto                        20 Yanvar - Şəhidlərimizin Əbədi Xatirəsi                        DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib                        Azərbaycan əhalisinin sayı açıqlandı                        20 Yanvarla əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq                        Ombudsman 20 Yanvarla bağlı bəyanat yaydı                        Kərim Vəliyev Qətərdə səfərdədir - Foto                        Продуманные шаги к миру: взвешенная и принципиальная политика Азербайджана -                        Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdi                        Qələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılır                        Görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasından 106 il ötür                        Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla növbəti qəbul keçirib                        Təşvişə düşməyin!                        Martda 18 qeyri-iş günü olacaq                        Neft həftəyə bu qiymətlə başladı                        Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...                        Azərbaycan və Ermənistan arasında ticarət münasibətləri rəsmi şəkildə başlayıb                        Ərdoğan Səudiyyə ilə əməkdaşlığı dərinləşdirmək planlarını açıqladı                        İlham Əliyevdən Trampın 907-ci düzəliş qərarına yüksək qiymət                        Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə edilib                        İlham Əliyev: Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb                        İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi                        «На фоне глобальной нестабильности Азербайджан укрепляет свои позиции» - Новруз Аслан                        İsmayıllı rayonunda ilin yekunlarına dair hesabat yığıncağı keçirilib                        Müstəqil və Qalib Azərbaycanın Lideri - Prezident İlham Əliyevin Doğum Günü                       

Beyləqanda 41 yaşlı asılmış vəziyyətdə çürümüş kişi meyiti tapılıb. Shir.az xəbər verir ki, hadisə rayonun Bolsulu qəsəbəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Kəbirli kənd sakini Qənbərli Həsən Qənbər oğlunun ciddi çürümə əlamətləri olan asılmış meyiti yardımçı tikilidə aşkar edilib. İlkin məlumata görə, Qənbərli Həsən Qənbər oğlunun çox sayda şəxsə borcu olub. Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

Bakı şəhər sakini olan bir nəfərin 400 manat dəyərində kosmetik vasitələrinin, digər 2 nəfərin isə müxtəlif vaxtlarda 500 və 1000 manat pullarının aldadılaraq alınması barədə polisə məlumatlar daxil olub. Shir.az -a bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Nepalın paytaxtı Katmanduda hava limanında təyyarə qəzaya uğrayıb. Shir.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. “Kathmandu Press”in məlumatına görə, göyərtəsində 19 nəfərin olduğu təyyarə qəzası uçuş-enmə zolağından qalxarkən baş verib. Təyyarə “Sourya Airlines” aviaşirkətinə məxsus olub.

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Shir.az xəbər verir ki, İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub. (APA)

Masallıda 17 yaşlı ananın körpəsi ölü doğulub. TƏBİB-dən Shir.az -ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Qubadova Səfurə Elvin qızı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub. Qeyd olunub ki, anaya 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu qoyulub. O, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat

Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batmış 17 yaşlı gəncin cəsədi tapılıb. FHN-dən Shir.az -a verilən xəbərə görə, iyulun 14-də Bilgəh qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Nəsirov Məhəmməd Dadaş oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyulun 12-də gecə saatlarında “Nissan” markalı avtomobildən içərisində 1000 manat, bank kartları və sənədlər olan pulqabının oğurlanması barədə məlumat daxil olub. Shir.az -a bu barədə DİN-nin mətbuat xidmətindən bildirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bakıda usta yeni tikilən binadan yıxılıb. Shir.az xəbər verir ki, Binəqədi rayonu Cəfər Xandan küçəsində tikilməkdə olan binada usta işləyən Şamil Umudov suvaq işləri ilə məşğul olarkən 3-cü mərtəbədən yıxılıb. Nəticədə Şamil Umudov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

İranın Kerman əyaləti Sirah rayonunda Rixter şkalası üzrə 4,9 maqnitudalıq zəlzələ olub. Shir.az -a “Mehr” agentliyinə istinadən xəbər verir ki, hadisə iyulun 16-da yerli vaxtla saat 4.49-da baş verib. Bildirilib ki, yeraltı təkanlar 8 km dərinlikdə qeydə alınıb. İtki və dağıntı barədə məlumat yoxdur.

Nərimanov rayonunda skuter oğurlayan şəxs saxlanılıb. Shir.az xəbər verir ki, Nərimanov rayonu ərazisindən skuter oğurlanıb. 16-cı Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini 1700 manat dəyərində skuterinin evinin qarşısından oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031