Tarix: 17-07-2024, 09:30
Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Shir.az xəbər verir ki, İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub. (APA)