
Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə görülmüş işlərin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Shir.az xəbər verir ki, iclasda ötən il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən

Məktəblilərin qış tətilinin başlama tarixi açıqlanıb. Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir. Belə ki, 2025–2026-cı tədris ilində ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək. Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə fevralın 2-dən

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qızı Arzu Əliyevanın ad günüdür. Arzu Əliyeva ölkəmizin ictimai həyatında fəallığı, sosial və xeyriyyə layihələrinə verdiyi töhfələrlə tanınır. O, gənclər arasında maarifləndirmə, humanitar təşəbbüslərin dəstəklənməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində həyata keçirilən layihələrdə yaxından iştirak edir. Arzu Əliyeva eyni zamanda müasir düşüncəsi, milli köklərə bağlılığı və mədəni dəyərlərə hörməti ilə seçilir. Shir.az

Samirə Orucova 2019-cu ildə anadan olmuş oğlu Nihadın səhhətindəki problemlərlə bağlı ictimaiyyətə müraciət edib. Ana bildirir ki, doğuşdan bir neçə il sonra Nihadın sağlamlığında qüsur olduğu məlum olub. Samirə Orucovanın sözlərinə görə, o, ailəli olub, lakin daha sonra boşanıb. Nikahdan iki övladı var. Onun ikinci övladı – Orucov Nihad Kamal oğlunun “laqapet” cihazına ehtiyacı yaranıb. Ana qeyd edir ki, övladı həmyaşıdlarından geri qalır və reaksiya vermir. “Laqapet”in bir seansı 300 manata
Balakən RİH-də genişmiqyaslı kadr və struktur dəyişiklikləri - müavinlər və şöbə müdirləri vəzifədən azad edildi
(21-01-2026, 18:00)
(21-01-2026, 18:00)

Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib. Shir.az İ qtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb. Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Eyni zamanda, icra başçısının digər müavini Nəzakət Rüstəmova da 21 ildir çalışdığı vəzifəsindən azad edilib.

Azərbaycanın Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulduğu elektrik avadanlıqlarından ibarət növbəti yük bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Shir.az xəbər verir ki, yardımın göndərilməsini Prezident İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli Sərəncamına əsasən Energetika Nazirliyi təmin edir. Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator, 27,000 metr kabel və naqil daxildir. Ukrayna tərəfinin

Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb. Shir.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə “J.P. Morgan” arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı
DTX rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət edib
(20-01-2026, 13:00)
(20-01-2026, 13:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anmışlar. Daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuş, Şəhidlər xiyabanında dəfn edilmiş

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiyanın Prezidenti Aleksandr Stubb ilə görüşüb. Shir.az xəbər verir ki, söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb, həmin görüşlər zamanı ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulanıb. Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, "Nordic-Baltic Eight" qrupuna üzv ölkələrlə Azərbaycan arasında

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb. Shir.az xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Salamlara görə minnətdarlığını bildirən dövlət başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib. Söhbət zamanı Məsrur Bərzaninin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanıb.















