
Bu gün Azərbaycan kino və teatr sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasından 106 il ötür. Leyla Bədirbəyli milli mədəniyyətimizin inkişafında mühüm rol oynamış, səhnə və ekran sənətində yaratdığı unudulmaz obrazlarla tamaşaçıların yaddaşında dərin iz qoymuşdur. Onun zəngin yaradıcılığı bu gün də Azərbaycan sənət tarixinin dəyərli səhifələrindən biri kimi xatırlanır. Görkəmli sənətkarın əziz xatirəsi hörmətlə anılır. Allah rəhmət etsin, ruhu şad olsun.

Milli Məclisin deputatı Novruzəli Aslanov 2026-cı il 8 yanvar tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib. Shir.az xəbər verir ki, bu dəfəki qəbul millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Görüşdə şəhid anası, şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Səmimi şəraitdə keçən qəbul zamanı Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli istiqamətində

5-9 yanvar tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv edilməsi prosesi həyata keçiriləcək. Shir.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, -

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 13 qeyri-iş günü nəzərdə tutulur. Shir.az Trend-ə istinadla xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq. Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar mart ayında uzunmüddətli istirahət günləri olacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi ilə əlaqədar əlavə

Dünya bazarlarında neft ucuzlaşıb. Shir.az xəbər verir ki, hazırda “Brent” markalı neft 60,55 dollara, yüngül neft isə 57,07 dollara təklif edilir.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev MDB liderlərinin fiziki hazırlığından danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin fiziki hazırlığını xüsusi qeyd edib. Shir.az Report-a istinadla xəbər verir ki, Tokayev bunu "Türkistan" qəzetinə müsahibəsində bildirib. Qazaxıstan liderinin sözlərinə görə, İlham Əliyev fiziki cəhətdən güclüdür və işini bilərək daim məşq edir. MDB-dəki digər həmkarları haqqında danışan Tokayev qeyd edib ki, Qırğızıstan Prezidenti Sadır Japarov futbol

Azərbaycan - Ermənistan Ticarət Münasibətlərində Yeni Dövr: İmkanlar və Perspektivlər Artıq Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri rəsmi şəkildə başlayıb. Prezident İlham Əliyevin yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən açıqladığı bu məlumat, regional əməkdaşlıq və sülh gündəliyi baxımından tarixi əhəmiyyət daşıyır. Dövlət başçısı qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın bu prosesdə rolu xüsusi önəm kəsb edir və qarşılıqlı səylərin nəticəsi olaraq artıq Azərbaycan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı aparıb. Shir.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Məlumata görə, görüşdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan yaxın dövrdə atılacaq addımlarla iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin hədəfləndiyini bildirib. Danışıq zamanı Ərdoğan

Prezident İlham Əliyev Donald Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirib. Shir.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlətimizin başçısı "Azadlığa Dəstək Aktı"na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını dedi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu
Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə edilib
(4-01-2026, 16:30)
(4-01-2026, 16:30)

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 4-də ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mallin və Nümayəndələr Palatasının digər üzvləri ilə görüşüb. Shir.az xəbər verir ki, Müdafiə Nazirliyində təşkil edilən görüşdə Z.Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin mövcud vəziyyətindən razılığını ifadə edib, bu əlaqələrin ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. M.Mallin isə öz növbəsində

























