Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       

Avqustun 1-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 31-dən avqustun 01-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiyaların yenidən açılması Cənubi Qafqazın daha sabit və firavan olması üçün vacib elementlərdir. Shir.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar "X"də yazıb. O, ötən gün Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan arasında sərhəddə baş tutan görüşün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edək

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib. Shir.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulub. Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazanıb. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb. Shir.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. "Vətən qarşısında müqəddəs borclarını yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik edir və xidmətdə uğurlar arzulayırıq"- məlumatda qeyd edilib. Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 20-də imzaladığı Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış

İsmayıl Haniyənin qisasını almaq İranın borcudur. Shir.az xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamənei deyib. Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır: “Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı”. Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

İranın Prezidenti Məsud Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin qətli ilə xəbərdarlıq edib. Shir.az xəbər verir ki, o, bu barədə "X"də yazıb. O bildirib ki, İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq: "Bu gün əziz İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və şərəfli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün matəmdədir. Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm.

Shir.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zindan Muruq kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1 ton 410 kiloqram olan 824 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin üzlüyündə 350 manat pulu olan mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Xəyal Ələkbərov saxlanılıb. Bu barədə Shir.az -a DİN-in mətbuat xidmətindən bildirilib. Onun Əmircan qəsəbəsi ərazisindən “İsuzu” markalı avtobus qaçırması da müəyyən edilib. Araşdırma aparılır.

Baş nazir Əli Əsədov Tehranda fəaliyyəti yenidən bərpa olunan Azərbaycanın İrandakı səfirliyini ziyarət edib. Bu barədə Shir.az -a Nazirlər Kabinetindən bildirilib. Bildirilib ki, Ə.Əsədov səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və səfirliyin heyəti ilə söhbət edib. Qeyd edək ki, iyulun 15-də Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.

Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər saxlanılıb. Bu barədə Shir.az -a DİN-in mətbuat xidmətindən bildirilib. İyulun 30-da gecə saat 2 radələrində Binəqədi rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində avtomobilə vurduqları yanacaq müqabilində 20 manatlıq saxta əskinas verən 2 nəfər Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. R.Həsənov və P.Hüseynov Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə təhvil veriliblər. Araşdırma aparılır.
Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031