Tarix: 31-07-2024, 11:43
Baş nazir Əli Əsədov Tehranda fəaliyyəti yenidən bərpa olunan Azərbaycanın İrandakı səfirliyini ziyarət edib.
Bu barədə Shir.az-a Nazirlər Kabinetindən bildirilib.
Bildirilib ki, Ə.Əsədov səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və səfirliyin heyəti ilə söhbət edib.
Qeyd edək ki, iyulun 15-də Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.