
Yeni dərs ilinin başlanması münasibətilə Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 saylı məktəb rəhbərliyi tərəfindən valideynlərlə ənənəvi görüş keçirilib. Görüşdə şagirdlər və valideynlər bir araya gələrək qarşıdakı tədris ili ilə bağlı mühüm məsələləri müzakirə edilib. Shir.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Tahirə Şükürova çıxış edərək, ötən dərs ilindən qoşulduqları “Şagird davranış qaydaları” adlı pilot layihənin mahiyyəti, məqsədi və tətbiqi qaydaları haqqında geniş

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. Shir.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında yazılıb. "Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan! Azərbaycan türkü qardaşlarımızı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik",-məlumatda qeyd olunub. Bildirilib ki, Türkiyə "Bir millət, iki dövlət" anlayışı ilə hər zaman

Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində yeni inşa olunan3 yeddimərtəbəli 8 girişli və 2 ikimərtəbəli 6 girişli xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib. Shir.az xəbər verir ki, tədbirdən sonra 270 mənzildən ibarət yaşayış binaları zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti istifadəsinə verilib. Bildirilib ki, müasir standartlara cavab verən təmirli yaşayış binalarına su, elektrik xətləri çəkilib, lift və mərkəzləşdirilmiş

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib. Shir.az paylaşımı təqdim edir:

20 sentyabr - Azərbaycan tarixində əzəmətli və qürurverici bir gündür. Bu gün biz Dövlət Suverenliyi Gününü qeyd edirik. Bu, sadəcə bir tarix deyil, Azərbaycanın öz taleyinə sahib çıxmasının, azadlıq uğrunda göstərdiyi mübarizənin simvoludur. Müstəqillik, xalqımızın qanı, canı bahasına əldə etdiyi bir nemətdir. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Lakin suverenlik yalnız bayraq, himn və gerbdən ibarət deyil. Suverenlik - xalqın öz torpağında öz

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb. Shir.az bəyanatın mətnini təqdim edir: "Bu gün, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur. 2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan az bir müddətdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilib ölkəmizin Qarabağ bölgəsindən tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüşdə müzakirə edəcəyi məsələləri açıqlayıb. Shir.az xəbər verir ki, Türkiyə lideri bu barədə"X"dəki hesabında yazıb. "Dəyərli həmkarım və dostum, ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyimiz görüşdə geniş strateji əlaqələrimiz olan müttəfiqimiz ABŞ ilə ticarət, investisiya və müdafiə sənayesi başda olmaqla bir çox məsələləri müzakirə edəcəyik", - Ərdoğan yazıb. Qeyd edək ki,


Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək. Shir.az -ın məlumatına görə, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər. Daha sonra "Formula 2"də sprint yarışı, ardınca "Formula 1"də sıralama turu baş tutacaq. Azərbaycan Qran-prisində ikinci günün proqramı 20 sentyabr 12:30. "Formula 1": Üçüncü sərbəst yürüş 14:15. "Formula 2": Sprint yarışı 16:00. "Formula 1":

Bu gün - sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Shir.az -ın xəbərinə görə, Azərbaycanda bu gün artıq ikinci dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək ərazilərimizdən

























