Tarix: 20-09-2025, 10:45
20 sentyabr – Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Şəhidlər xiyabanını ziyarət edib. Ziyarət zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla anılıb.
SOCAR rəhbərliyi adından şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
“Sözsüz ki, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş hər bir qəhrəmanımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, 20 sentyabr ölkəmizdə rəsmi olaraq “Neftçilər Günü” kimi qeyd olunur və bu tarix həm də “Əsrin müqaviləsi”nin imzalandığı gündür.