Son xəbərlər:
İsmayıllı rayonunda ilin yekunlarına dair hesabat yığıncağı keçirilib                        Müstəqil və Qalib Azərbaycanın Lideri - Prezident İlham Əliyevin Doğum Günü                        Nazir xalq şairini xəstəxanada ziyarət etdi                        Baş nazirdən Bəylər Eyyubovla bağlı qərar                        Prezident onları təltif etdi                        Novruzəli Aslanov İsmayıllıda vətəndaşları növbəti dəfə qəbul edib                        Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi                        Ulu Öndər Heydər Əliyev - Azərbaycan dövlətçilik tarixinin əbədi zirvəsi                        “Milli Musiqimiz Bizim Kimliyimizdir - Novruz Aslan: Sənət Köksüz Yaranmır”                        «Новруз Аслан: Сильный лидер - главный фактор стабильности государства»                        Vilayət Eyvazov gənclərin sıra baxışında iştirak etdi                        Milli Məclis üzvü Novruzəli Aslanov vətəndaşların müraciətlərini dinləyib                        İlham Əliyev “Matanat-A” şirkətinin yeni istehsal müəssisəsini işə saldı                        Prezident bu idmançıları mükafatlandırdı                        Prezident onlara rütbə verdi                        Bakıda Türk Qızıl Aypara Şəbəkəsinin yüksək səviyyəli toplantısı keçirildi                        İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi                        Novruzəli Aslanov: Prezidentin çıxışı dövlət idarəçiliyində yeni düşüncə mərhələsidir                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı                        İlham Əliyev Ərdoğana zəng etdi                        Azərbaycan XİN Türkiyəyə bağsağlığı verdi                        Ərdoğandan təyyarə qəzası ilə bağlı ilk açıqlama                        Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi                        İlham Əliyev Ərdoğana başsağlığı verdi                        Ağ Ölümə Qarşı Birlikdə: Nərimanovda Maarifləndirici Tədbir                        Generaldan Azərbaycan xalqına təbrik...                        Azərbaycanda Zəfər Günü qeyd olunur                        Азербайджан воевал достойно. Наша совесть и руки чисты - Новруз Аслан                        Azərbaycanda əsgərlərə telefon və nömrə veriləcək                        Prezident 4 fərman imzaladı                       

Çin özünün "Shenyang J-35A" beşinci nəsil "görünməz" qırıcısının Pakistan Hərbi Hava Qüvvələrinə təhvil verilməsini başa çatdırır. Shir.az Publika.az-a istinadən xəbər verir ki, bu, Hindistan Hərbi Hava Qüvvələri üçün potensial ciddi təhlükə yaradır, çünki sözügedən qırıcı strateji hava balansını əhəmiyyətli dərəcədə dəyişdirə bilər. Məlumata görə, Pakistan bu qırıcılardan hətta məhdud sayda əldə etdikdən sonra onun hava doktrinası dərinlərə zərbələrin endirilməsi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 9-10-da Fransanın Nitsa şəhərində ikigünlük işgüzar səfərdə olacaq. Shir.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Məlumata görə, erməni nazir Fransanın xarici işlər nazirinin dəvəti ilə BMT-nin Okean üzrə 3-cü Konfransında iştirak edəcək. Səfər zamanı ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva "Zenit" klubunun heyətində Rusiya Superkubokunun qalibi olub. Shir.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburq şəhərində gerçəkləşən həlledici oyunda "Lokomotiv"i (Moskva) 3:0 hesabı ilə məğlub edib. N.Mirzəliyeva görüşü əvəz olunmadan keçirib. Qeyd edək ki, “Zenit” tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanıb.

Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcəyimiz məqama çox yaxınlaşmışıq. Shir.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Biz bunu hiss edirik. ABŞ-ın köməyi olmasa, Rusiyanın qələbə şansı daha yüksəkdir, Ukrayna isə daha böyük itkilərə məruz qalacaq", - o bildirib.

Kolumbiyanın mərkəzində 6,8 maqnitudada zəlzələ qeydə alınıb. Bu barədə Shir.az xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 17:08-də qeydə alınıb. Zəlzələnin episentri Villavitensio şəhərindən 73 kilometr şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ episentrdəki intensivliyə əsasən “dağıdıcı” kimi qiymətləndirilir. ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,3 bal qiymətləndirib.

Ceyranbatan qəsəbəsində iki gün əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb. Shir.az xəbər verir ki, 42 yaşlı Elgiz Axundovun meyiti kanalda aşkar olunub. İlkin ehtimallara görə, o, kanalda boğularaq həyatını itirib. Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elgiz Elbrus oğlu Axundov iki gün əvvəl evdən çıxaraq geri dönməyib, ailəsi isə axtarışlara baxmayaraq, bugünədək ondan xəbər almayıb. Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev yeni təyin etdiyi müdafiə naziri Dauren Kosanovu qəbul edib. Shir.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. “Görüş zamanı dövlət başçısı ordunun döyüş hazırlığının gücləndirilməsi, idarəetmə sisteminə rəqəmsal həllərin tətbiqi, Xüsusi Əməliyyat Qüvvələrinin imkanlarının genişləndirilməsi, sosial və ideoloji işin səmərəliliyinin artırılması, həmçinin hərbi infrastrukturun modernləşdirilməsi ilə bağlı bir sıra konkret

İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə regional məsələləri müzakirə edib. Shir.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. “Prezidentimiz Ərdoğan Pakistan Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb”, – administrasiyanın mətbuat xidməti bildirib. Qeyd olunub ki, telefon danışığı zamanı Ankara və İslamabad arasında ikitərəfli münasibətlər, habelə regional və qlobal məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, iyunun 9-da gecə və səhər bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30