Tarix: 15-04-2025, 10:30
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Ağstafada Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Shir.az komitəyə istinadən xəbər verir ki, qəbul aprelin 21-də saat 10:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küç.1) baş tutacaq.
Qəbul zamanı Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.