Tarix: 1-08-2024, 09:00
Bu gün Türkiyədə ali hərbi şuranın iclası keçiriləcək.
Shir.az “Haber Global”a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ölkənin vitse-prezidenti Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və digər rəsmi şəxslər, o cümlədən ordunun yüksək vəzifəli komandanları iştirak edəcəklər.
Müzakirələr nəticəsində bəzi general və admiralların vəzifəyə təyin olunacağı və istefaya göndəriləcəyi gözlənilir.