Tarix: 1-08-2024, 09:15
Bakıda avtomobilin vurduğu piyada iki gün sonra evində ölüb.
Shir.az xəbər verir ki, hadisə Sabunçu rayonu "Megastore" marketinin qarşısında qeydə alınıb.
Elşad Ramazanov idarə etdiyi "Mercedes Sprinter" markalı avtomobili ilə marketin qarşısında dayanmış 1967-ci il təvəllüdlü Ramiz İsmayılovu vurub. Piyada ötən gün yaşadığı Tərtər rayonunun Hacıqərvənd kəndində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.