Tarix: 1-08-2024, 13:06
HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deif iyulun 13-də Xan Yunis şəhərinə hava hücumu zamanı öldürülüb.
Shir.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında bildirilib.
“İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri iyulun 13-də Xan Yunis bölgəsinə zərbələr endirib və vəziyyətin kəşfiyyat qiymətləndirilməsindən sonra Məhəmməd Deifin zərbə nəticəsində öldürüldüyü təsdiqlənib”, - məlumatda bildirilib.