Tarix: 25-07-2024, 15:54
Azərbaycan və Ukrayna əlaqələrinin inkişafına yönəlmiş ikitərəfli layihələr müzakirə edilib.
Shir.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusyev sosial şəbəkədə yazıb.
Səfir Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla səmərəli görüşünün olduğunu qeyd edib. Görüşdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, İqtisadiyyat Nazirliyi tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak ediblər.
Səfir bildirib ki, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları, həmçinin Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına yönəlmiş ikitərəfli layihələr müzakirə edilib.