Tarix: 2-08-2024, 09:06
İtaliyanın cənubunda 5,1 maqnitudada zəlzələ baş verib.
Shir.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 8 min əhalisi olan Lonqobukko kommunasından 2,5 km cənub-şərqdə, zəlzələ ocağı 18 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.