Tarix: 6-08-2024, 13:43
Banqladeş parlamenti buraxılıb.
Shir.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Republic” telekanalı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl etirazçılar Dəkkədə ölkə parlamentinin binasına soxulublar. Onlar həmçinin baş nazirin iqamətgahını dağıdıb, ölkənin qurucusu Şeyx Mucibur Rəhmanın heykəlini uçurublar və onun muzeyini yandırıblar.
Banqladeşdə iğtişaşlar nəticəsində ölənlərin sayı 109-a çatıb.