Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 2-08-2024, 10:56

 Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaşıl Könüllülər” layihəsinə yekun vurulub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən və üç ay davam edən layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla yanaşı, fəaliyyətə həvəsləndirmək, onları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarət olub.

İctimai Birliyin mətbuat katibliyindən Shir.az-a verilən məlumata görə, layihənin açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov və BMT Könüllülərinin Azərbaycan üzrə koordinatoru Nahid Quliyev çıxış ediblər. Qonaqlar çıxışlarında layihə ilə bağlı fikirlərini bildirərək, bu istiqamətdə təcrübələrini bölüşüblər.

Layihə çərçivəsində Bakı şəhərində dörd gün ərzində 50 nəfərə yaxın iştirakçıya ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənovun “COP29, Ətraf mühitin mühafizəsi sahəsində görülən işlər və imkanlar”, BMT Könüllülərinin Azərbaycan üzrə koordinatoru Nahid Quliyevin “İqlim dəyişikliyinə və cəmiyyətin davamlılığına könüllülüyün töhfəsi”, “AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri” şirkətinin layihələr üzrə meneceri Pərvanə Xıdırovanın “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu, ekspert Günel Əmrahovanın “Planet yoxsa Plastik” və “Təmiz şəhər ASC”nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarovun “Ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə edilməsi zamanı üzərimizə düşən öhdəliklər, təkrar emal, EKOsahibkarlıq imkanları” mövzularında məruzələri dinlənilb, iştirakçıların sualları cavablandırılıb. Görüşlərdə iştirakçılar komanda işinə cəlb olunaraq öz ideyalarını və layihələrini təqdim ediblər. Ən yaxşı layihə təqdimatına ekspertlər tərəfindən hədiyyələr təqdim olunub.

Layihənin sonuncu günü “Yaşıl Könüllülər” layihəsinin iştirakçıları üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən "Tullantıdan sənətə” muzeyinə infotur təşkil olunub. İştirakçılar məişət tullantıları və lazımsız əşyalardan istifadə edilməklə hazırlanmış sənət əsərlərinin təqdim edildiyi əl işləri ilə tanış olublar.

Bağlanış mərasimində layihə çərçivəsində hazırlanan “Yaşıl Könüllü” videoçarxı iştirakçılara təqdim olunub. Videoçarxda bir pianoçunun barmaqlarının toxunuşu ilə insanlara musiqi zövqü yaşatdığı kimi hər kəsin də ətraf mühitə qayğı ilə yanaşıb estetik zövq yaşatmalarını istəməsindən bəhs edilir.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunaraq xatirə şəkili çəkdirilib.

 

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930