Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 12-08-2024, 10:30

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 23 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb.

Shir.az xəbər verir ki, onlardan 5-i ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq:

1. Aydın Tahirzadə (2024-cü il məzunu) İsveçrə Federal Texnologiya İnstitutunun (ETH Sürix) tətbiqi geofizika ixtisasında magistratura təhsili alacaq. “ETH Sürix” dünya reytinqində ilk 7-ci yerdə qərarlaşıb. Aydın 2019-cu ildə 653.5 balla BANM-in neft-qaz mühəndisliyi ixtisasına qəbul olub.

Tələbəlik illərində BANM-in İntellektual Oyunlar Klubuna sədrlik edib.

2. Elza Qurbanova (2024-cü il məzunu) Britaniyanın London Universitet Kollecinin (UCL) informasiya təhlükəsizliyi ixtisasında magistratura təhsili alacaq. UCL dünya reytinqində ilk 9-cu yerdə qərarlaşıb. Elza 2019-cu ildə 688.6 balla BANM-in informasiya təhlükəsizliyi ixtisasına qəbul olub. Prezident təqaüdçüsü idi. Tələbəlik illərində “Kiber klub”un sədri olub. Bununla yanaşı, London İmperial Kolleci, London Kral Kolleci, Şeffild Universiteti və Birminhem Universitetinə qəbul alıb.

3. Aytac Əsgərova (2024-cü il məzunu) Britaniyada UCL-in kimyəvi proses mühəndisliyi ixtisasında magistratura təhsili alacaq. Aytac 2019-cu ildə 656.3 balla BANM-in kimya mühəndisliyi ixtisasına qəbul olub. Tələbəlik illərində IELTS imtahanından 8.5, magistraturaya qəbul imtahanından isə 96 bal toplayaraq hər iki cəhd üzrə respublika birincisi olub.

4. Əli Məmmədov (2024-cü il məzunu) Britaniyanda UCL-in kimyəvi proses mühəndisliyi ixtisasında magistratura təhsili alacaq. 2019-cu ildə 655 balla BANM-in kimya mühəndisliyi ixtisasına qəbul olub. Tələbəlik illərində SOCAR-ın bir sıra müəssisə və zavodlarında istehsalat təcrübəsi keçib.

5. Şəkər Qədirli (2023-cü il məzunu) Britaniyanda UCL-in informasiya təhlükəsizliyi ixtisasında magistratura təhsili alacaq. 2018-ci ildə 700 balla BANM-in informasiya təhlükəsizliyi ixtisasına qəbul olub. Prezident təqaüdçüsü idi. Tələbəlik illərində IELTS imtahanından 8.0 toplayıb.“KiberLüğət” layihəsinin müəllifidir. Bundan başqa, London Kral Kollecinin, Lankaster Universiteti, Birminhem Universiteti və Praqada Çex Texniki Universitetinə qəbul alıb.

Hazırda “Iktex” MMC-də Kibertəhlükəsizlik üzrə analitik kimi çalışır.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930