Tarix: 3-08-2024, 15:00
Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib. 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Shir.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 3-də keçirilən iclasında söyləyib.
MSK sədri əlavə edib ki, 1191 nəfər imza vərəqələrini qaytarıb, 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.