Tarix: 5-08-2024, 13:10
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ADA Universitetində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq.
Shir.az-ın məlumatına görə, bununla bağlı COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Paylaşımda qeyd edilib ki, avqustun 6-dan 9-dək təşkil olunacaq düşərgə beynəlxalq müəllimləri iqlim dəyişikliyi ilə bağlı məsələləri öz tədris proqramlarına daxil etmək üçün ruhlandıracaq.