Son xəbərlər:
Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                        Azərbaycana 37 sm qar yağdı                        Novruzəli Aslanov: “Xocalı Memorialının açılışı yaddaş və ədalətin təntənəsidir”                        Rus general Azərbaycana gəldi                        Milli Məclis üzvü Novruzəli Aslanov: “Televiziya məkanında dəyişikliklər kompleks və sistemli yanaşma tələb edir”                        Prezident Xocalıdadır                        İlham Əliyevin ABŞ səfəri başa çatdı                        Milli Məclisin növbəti plenar iclası başladı                        Novruzəli Aslanov: Şamaxıda gənclərlə görüş insan kapitalının inkişafında mühüm əhəmiyyət daşıyır                        Novruzəli Aslanov: Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası iqtisadi əməkdaşlıqda yeni mərhələdir                        Nazir Nihad Muxtarlıya yüksək vəzifə verdi                        TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilib                        Heydərovun yeni müavinləri kimlərdir? - Dosye                        Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto                        Xətai rayonunun icra başçısına ağır itki üz verib                        İşdən çıxarılan nazir müavinlərinin yerinə təyinat                        İlham Əliyev litvalı həmkarını təbrik etdi                        Cəmiyyətdə “güclü qadın” anlayışı və onun daxili yükü                        Sualın arxasındakı niyyət, cavabın arxasındakı dövlət – Münhendə səslənən mesaj                        “Sevgililər Günü”-nün səssiz qəhrəmanları                        Баку и Вашингтон закрепили стратегический курс: Хартия открывает новую геополитическую реальность                        İlham Əliyev bu şəxsləri də təltif etdi                        Prezident bu hərbçiləri təltif etdi                        DTX: Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərlə bağlı cinayət işi açılıb                        Onlara ali xüsusi rütbələr verildi                        Bakıda zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb                        Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib                        ABŞ - Azərbaycan Strateji Tərəfdaşlığı Yeni Mərhələyə Keçdi - Novruzəli Aslanov                       
Tarix: 24-07-2024, 16:12

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-1.1-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 127-1.2-ci, 127-1.3-cü, 127-1.5-ci (hər iki halda) və 127-1.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 127-1.2-ci, 127-1.5-ci (birinci halda) və 127-1.8-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 127-1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 127-1.1-ci maddəsinin ikinci cümləsində və 127-1.5-ci maddəsində “orqanın (qurumun) mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 127-1.1-ci maddəsinin ikinci cümləsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissə üzrə:

3.1.1. 4.1-ci bənddə “127-1.2-ci (ikinci halda), 127-1.4-cü (ikinci halda), 127-1.6-cı (ikinci halda) və 127-1.8-ci (ikinci halda) maddəsində” sözləri “127-1.1-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 127-1.2-ci, 127-1.3-cü, 127-1.5-ci (hər iki halda) və 127-1.8-ci maddələrində” sözləri ilə əvəz edilsin;

3.1.2. 4.9-cu bənddən “127-1.2 (birinci halda), 127-1.3, 127-1.4 (birinci halda), 127-1.6 (birinci halda), 127-1.8-ci (birinci halda) maddələrində,” sözləri çıxarılsın;

3.1.3. 4.15-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.15-1. həmin Məcəllənin 127-1.1-ci maddəsinin ikinci cümləsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;”;

3.1.4. 4.15-2-ci bənd 4.15-4-cü bənd hesab olunsun və aşağıdakı məzmunda 4.15-2-ci və 4.15-3-cü bəndlər əlavə edilsin:

“4.15-2. həmin Məcəllənin 127-1.1-ci maddəsinin ikinci cümləsində və 127-1.5-ci maddəsində “orqanın (qurumun) mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

4.15-3. həmin Məcəllənin 127-1.2-ci, 127-1.5-ci (birinci halda) və 127-1.8-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;”;

3.1.5. 4.53-cü bəndə “cümləsində” sözündən sonra “və 127-1.3-cü maddəsində” sözləri əlavə edilsin;

3.2. 5.1-ci bənddə “353.1–353.4, 353.6” rəqəmləri “353” rəqəmləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci və 2.2-ci bəndlərdə “353.1–353.4, 353.6” rəqəmləri “353” rəqəmləri ilə əvəz edilsin;

4.2. 2.3-cü bənddə “353.2” rəqəmləri “353.1, 353.2, 353.4, 353.5” rəqəmləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 25-ci hissəsindən “353.5,” rəqəmləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I); 2024, № 2, maddələr 147, 158; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 6.1.12-ci yarımbənddə “, 127-1.4-cü və 127-1.6-cı” sözləri “və 127-1.5-ci” sözləri ilə əvəz edilsin

6.2. 7-ci hissə üzrə:

6.2.1. 7.4.9-cu yarımbənddə “xətalar üzrə icraatın aparılması qaydasını tənzimləyən 127-1.4-cü və 127-1.6-cı maddələrində” sözləri “xətalarla bağlı 127-1.5-ci maddəsində” sözləri ilə əvəz edilsin;

6.2.2. 7.4.16-cı yarımbəndə “üzrə” sözündən sonra “, habelə həmin Siyahının 36-cı maddəsində nəzərdə tutulmuş icazə barədə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2024-cü il

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031