Tarix: 10-07-2024, 15:40
Naxçıvan Muxtar Respublikasında təhlükəli tullantıların zərərsizləşdirilməsi üçün yeni poliqonun yaradılması nəzərdə tutulur.
Shir.az xəbər verir ki, bununla bağlı yerli Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlıqlara başlayıb.
Poliqon muxtar respublikanın Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində yerləşəcək və 9 hektar sahəni əhatə edəcək.