Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 19-03-2025, 12:45

 

Bakıda XII Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr, keçirilən panel iclasları üçün seçilmiş mövzular bu mötəbər tədbirin qlobal müzakirələrin yüksək səviyyədə keçirilməsi baxımından önəmli platforma olduğunu bir daha nümayiş etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin martın 13-də Forumun gedişi zamanı "Avronyus" televiziyasına verdiyi müsahibəsindən isə dünya ictimaiyyəti ölkəmizin bir sıra qlobal məsələlərlə bağlı mövqeyini bir daha öyrənmiş oldu.

Shir.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, Azərbaycanın, ilk növbədə, məhz Cənubi Qafqazda baş verən dəyişikliklərdə rolu və bu proseslərə münasibəti beynəlxalq ictimaiyyəti daha çox maraqlandıran məsələlərdəndir.

“Ölkəmiz artıq uzun illərdir ki, bu regionun şəriksiz lider dövləti kimi çıxış edir və yeni regional reallıqlar formalaşdırır. Liderlik həm də məsuliyyət deməkdir. Azərbaycan da Cənubi Qafqazda sülh və sabitliyə görə məsuliyyət daşıdığını yaxşı bilir və bunların təmin olunması üçün əlindən gələni edir. Cənab Prezident İlham Əliyev öz müsahibəsində belə bir ifadə işlətdi ki, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Bu, bir daha Azərbaycanın öz praqmatik xarici siyasətində bütün region xalqlarının maraqlarını nəzərə almağa çalışdığını nümayiş etdirir. Dövlətimizin başçısı regionun gələcəyinə dair gözləntilərini açıq mətnlə bəyan edərək bildirdi ki, biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik".

K.Qafarov cənab Prezident İlham Əliyevin qlobal miqyasda baş verən geosiyasi dəyişikliklərlə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib:

“Hər zaman öz fikirlərini birmənalı və dəqiq ifadələrlə səsləndirməyə üstünlük verən Prezident İlham Əliyev "Avronyus" televiziyasına bu müsahibəsində də öz prinsiplərinə sadiq qaldı və bildirdi ki, bu gün geosiyasi dəyişikliklərdən bəhs edərkən, bunların, ilk növbədə, Vaşinqtonda baş verən hadisələr olduğu qeyd edilməlidir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı başlanmış proseslər bir daha bütün dünyanın Ağ evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Məhz bu da XII Qlobal Bakı Forumu kimi belə çoxsaylı qonaqların iştirak etdiyi toplantıların hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək baxımından vacib olduğunu bir daha vurğulayır. Öz növbəsində, Azərbaycan Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərinin və güclü tərəfdaşlığın yenidən qurulmasına çox nikbin baxır”.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930