Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 9-08-2024, 14:00

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Qubada təşkil olunub.

Shir.az-ın məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, MSK və Ombudsman Aparatının birgə təşkil etdiyi tədbirlərin əhəmiyyətindən danışıb.

Komissiyanın üzvü MSK tərəfindən görülmüş işlər, eləcə də təşkil edilməsi planlaşdırılan tədbirlər barədə də ətraflı məlumat verib, bu cür tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Aparat rəhbəri Aydın Səfixanlı çıxışı zamanı seçkiyə hazırlıq məqsədilə həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü və MSK-nın dəstəyi ilə paytaxtda və regionlarda birgə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu qeyd edib.

A.Səfixanlı ölkəmizdə vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən kompleks tədbirlərdən, müşahidəçilik institutunun əhəmiyyətindən bəhs edib. O, ötən illərdəki müsbət təcrübəyə uyğun olaraq, Müvəkkilin və təsisatın əməkdaşlarının özlərinin təşəbbüsü ilə növbədənkənar parlament seçkilərində müşahidə aparacaqlarını bildirib.

Sonra MSK Katibliyinin Media və kommunikasiya şöbəsinin böyük məsləhətçisi Rüstəm Babayev tədbirdə məruzə ilə çıxış edib, MSK tərəfindən görülən işlərdən, seçicilərin öz konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirməsi üçün yaradılan imkanlardan, eləcə də seçki prosesində media subyektlərinin vəzifələrindən danışıb.

Tədbirdə, həmçinin mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk birgə maarifləndirmə tədbiri Ombudsman Səbinə Əliyevanın, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun və dairə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930