Son xəbərlər:
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Malayziya rəsmiləri ilə ikitərəfli görüşlər keçirib                        Vilayət Eyvazov vətəndaşları qəbul edib                        Vilayət Eyvazov vətəndaşları qəbul edib                        Bakıda “PRE-COP29” tədbiri işə başlayıb                        Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb                        Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri                        Polis zabiti ağır qəzada dünyasını dəyişdi                        Zahid Oruc: "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur"                        Milli Məclisdə "Yaşıl Qarabağ" adlı beynəlxalq konfrans keçiriləcək                        Emin Əmrullayev: Təhsili yeni çağırışlar müstəvisində müzakirə etsək, daha irəli getmək imkanı olacaq                        Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib                        4 oktyabr - Cəbrayıl şəhəri günü                        Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb                        Azərbaycan XİN başçısı BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb                        Kamran Əliyev görüş keçirdi                        “Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb                        Nazir müavini: Qlobal istiləşmənin qarşısını almaq üçün “yaşıl iqtisadiyyat”a keçid zəruridir                        Bəxtiyar Məmmədov birinci müavin seçildi                        Zakir Həsənov "Xilaskar" PUA-sını izlədi                        Vilayət Eyvazov vətəndaşları qəbul edib                        Neftin bu günə olan qiyməti                        Azərbaycanla Finlandiya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq müzakirə edilib                        Bakının bir sıra yollarında tıxac müşahidə edilir                        İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.                        Naxçıvan Dövlət Milli Dram Teatrına direktor əvəzi təyin olunub                        Yeni deputatların siyahısı                        Şikar Bədəlov daha bir peşəkar döyüşdə qalib gəldi -                        Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul edəcək                        Putin İlham Əliyevlə Zəngəzur dəhlizini müzakirə etdi                        Gələn ay Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalının şou proqramı açıqlanıb                       
Tarix: 10-07-2024, 18:00

  
Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin yüksək səviyyədə təşkili, azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə genişmiqyaslı kampaniyaya start verib.

Shir.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” rəhbər tutulmaqla hazırlanan və seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirmə proqramına uyğun olaraq, iyulun 10-da ilk tədbir – ölkə üzrə bütün dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov tədbiri giriş sözü ilə açaraq xatırladıb ki, Azərbaycan Prezidenti iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Seçkilər təyin oldunduqdan sonra bu prosesə məsul olan orqan kimi MSK fəaliyyətə başlayıb və tədbirlər planı hazırlanaraq ictimailəşdirilib. MSK təqvim planına uyğun olaraq işlərini qurur.

M.Pənahov ilk dəfə ölkəmizin bütün suveren ərazilərində keçiriləcək Milli Məclisə seçkilərin əlamətdar hadisə olduğunu deyib. O qeyd edib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, dairə seçki komissiyalarının sədrləri üçün təşkil olunan müşavirə MSK-nın bütün maarifləndirmə layihələrinin fövqündə dayanır.

O, xüsusilə vurğulayıb ki, ölkə rəhbərliyinin ciddi mövqeyi, möhkəm siyasi iradəsi və seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi üçün böyük diqqət və qayğısı seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən ən mühüm amillərdir. M.Pənahov bütün bunlara görə Mərkəzi Seçki Komissiyası və on minlərlə aşağı seçki komissiyası üzvləri adından ölkə rəhbərliyinə bir daha minnətdarlığını ifadə edib.

MSK sədri diqqətə çatdırıb ki, həyata keçirilən uğurlu siyasət nəticəsində respublikada bərqərar olan möhkəm ictimai-siyasi sabitlik seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsinə hərtərəfli imkan yaradır. Azərbaycanda dairə və məntəqə seçki komissiyaları üçün yaradılan şərait yüksək səviyyədə olduğunu diqqətə çatdıran M.Pənahovun sözlərinə görə, parlament seçkilərinin keçirilməsi üçün ölkədəki 125 seçki dairəsi üzrə 6400-dən çox seçki məntəqəsində seçicilərin səsverməsi üçün bütün lazımi şərait yaradılır.

“Cari il fevralın 7-də prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə bütün ölkə ərazisində keçirildi. Biz bu seçkiləri “Zəfər seçkisi” adlandırdıq. Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də işğaldan azad edilmiş bölgələrdə yaşayan vətəndaşlar ilk dəfə səs verəcəklər. Qeyd edim ki, 2024-cü ilin fevralın 7-də keçirilən prezident seçkilərində işğaldan azad olunmuş bölgələrdə daimi əsaslarla 26 seçki məntəqəsi yaradılmışdı. Eyni zamanda müvəqqəti əsaslarla yaradılan məntəqələrimiz də var idi. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 47 məntəqə fəaliyyət göstərirdi. Parlament seçkilərində həmin bölgələrdə məntəqələrin sayı kifayət qədər artacaq”, - deyə MSK sədri bildirib.

M.Pənahov diqqətə çatdırıb ki, Seçki Məcəlləsinin tələblərinə görə, beynəlxalq müşahidəçiləri dəvət etmək üçün Azərbaycanda üç səlahiyyətli qurum var. Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır. Milli Məclis beynəlxalq miqyasda parlament nümayəndə heyətlərini, XİN ali müşahidəçiləri dəvət edir. Seçki ilə bağlı əməkdaşlıq etdiyimiz qurumları isə Mərkəzi Seçki Komissiyası dəvət edir. O bildirib ki, geniş coğrafiyanı əhatə edən beynəlxalq müşahidəçilər üçün dəvətlər göndərilir.

“Azərbaycan yeganə ölkədir ki, seçkilərdə media subyektlərinin nümayəndələri heç bir qurumdan icazə almırlar və onlar seçkilərin işıqlandırılması prosesində sərbəst şəkildə iştirak edirlər”, - deyə Məzahir Pənahov fikirlərini yekunlaşdırıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edərək 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini ölkəmizin ictimai-siyasi həyatında ikinci ən böyük mühüm hadisə kimi dəyərləndirib. Prezidentin köməkçisi vurğulayıb ki, bundan əvvəl Azərbaycan xalqı prezident seçkilərində layiqli namizədinə səs verib və fevralın 7-də keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.

Zəfərindən sonra ölkəmizin işğaldan azad edilmiş ərazilərdə böyük miqyasda bərpa və quruculuq işlərini apardığını, insanların doğma torpaqlarına qayıtdıqlarını bildirən Z.Nağdəliyev deyib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, parlament seçkilərinin mütəşəkkil qaydada, azad və şəffaf şəkildə keçirilməsi təmin edilməlidir.

“Milli Məclisə seçkilərin yüksək səviyyədə keçirilməsi prosesində hər birimizin üzərinə böyük məsuliyyət düşür. Çalışmalıyıq ki, seçkilər həm ölkədə, həm də beynəlxalq miqyasda yaxşı mənada səs salsın. Məqsədimiz Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçkilərin mütəşəkkil qaydada, azad və şəffaf şəkildə keçirilməsinin təmin olunmasıdır”, - deyə o qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əvvəlcə 26 seçki məntəqəsi olduğu halda, indi daha 8 seçki məntəqəsi yaradılıb. Yerlərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqə seçki komissiyalarında vəziyyətlə maraqlandıqlarını diqqətə çatdıran Z.Nagdəliyev komissiyaların binalarının hər cür lazımi şəraitlə təmin olunmasının vacibliyini bildirib. Prezident Administrasiyasının şöbə müdiri 2022-2024-cü illərdə ölkə ərazisində yerli icra hakimiyyətləri tərəfindən 2,5 milyon ev təsərrüfatına baxış keçirildiyini və əldə edilmiş uçot məlumatlarının tam təhlil olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, qeyd olunan məlumatlar əsasında seçici siyahılarının dəqiqləşdirilməsi aparılıb.

Onun sözlərinə görə, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik olan şəxslərin sayı 1 milyon 153 min nəfərdən 22,2 faiz artaraq bu ilin 28 iyun tarixinə 6 milyon 334 min 444 nəfər təşkil edib.

Ölkəmizdə 125 seçki dairəsi üzrə seçicilərin sayının xeyli artdığını qeyd edən Z.Nağdəliyev seçkilərədək seçicilərin siyahısının dürüstləşdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin deyib ki, avqustun 9-dək seçki dairələri üzrə açıq və qapalı yerlərin müəyyənləşdirilməsi başa çatdırılacaq.

Prezidentin köməkçisi seçki komissiyalarının rəhbərlərinə tövsiyə edib ki, hər hansı mənfi hallar aşkarlandığı halda müvafiq ünvanlara müraciət etsinlər.

“Seçki hüququnun konstitusion əsasları, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki hüququnun realizə mexanizmləri” mövzusunda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, seçki prosesi dinamik və inkişaf edən prosesdir. Seçki demokratik cəmiyyətin mühüm amillərindən biridir. Müasir Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilmiş Konstitusiyada əksini tapıb.

Seçki prosesinin doğru, şəffaf və açıq-aydın keçirilməsinin əsas amillərdən biri olduğunu qeyd edən Konstitusiya Məhkəməsinin sədri vurğulayıb: “Seçki prosesində məhkəmələrin iştirakını siyasi çərçivədə qiymətləndirmək olmaz. Məhkəmələrin prosesdə iştirakı ona hesablanıb ki, cəmiyyət və dövlət insanların seçki hüququnun təmin edilməsində maraqlıdır. Qanuna riayət etmək seçkilərin uğurlu keçirilməsi üçün ən vacib məqamlardan biridir".

Baş prokurorun birinci müavini Elçin Məmmədov “Seçki iştirakçılarının hüquqlarının pozulması və qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət tədbirləri” mövzusunda fikirlərini bölüşərək seçki prosesində prokurorluq orqanlarının fəaliyyətindən danışıb və maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

“Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçki komissiyalarının işinə müdaxilə edənlər cinayət məsuliyyətinə və inzibati məsuliyyətə cəlb olunurlar. Bunun üçün konkret qayda və normalar var. Məcəllənin 112-ci maddəsinə uyğun olaraq seçicilərin və namizədlərin seçki hüquqlarının pozulduğu halda müvafiq quruma şikayət etmək hüququ var”, - deyə o bildirib.

Baş prokurorun birinci müavini bildirib ki, Cinayət Məcəlləsinə uyğun olaraq, seçki prosesinə maneə yaradanlar məsuliyyətə cəlb edilirlər.

“İnanırıq ki, Azərbaycan vətəndaşları növbədənkənar parlament seçkilərində fəal iştirak edərək layiqli namizədlərinə səs verəcəklər”, - deyə E.Məmmədov diqqətə çatdırıb.

Daxili işlər nazirinin müavini Oqtay Kərimov isə “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusuna toxunaraq, polis əməkdaşlarının sentyabrın 1-də keçiriləcək parlament seçkiləri günü gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklərini deyib. Onun sözlərinə görə, asayiş keşikçilərinin fəaliyyəti ilə bağlı qaldırılan bütün məsələlər dərhal öz həllini tapacaq.

Nazir müavini bildirib ki, seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olan halların qarşısı alınacaq. Onun sözlərinə görə, polis orqanlarına daxil olmuş müraciətlərə təxirə salınmadan baxılaraq cavab veriləcək.

“Həmçinin seçki prosesi bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək”, - deyə nazir müavini diqqətə çatdırıb.

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ədliyyə orqanlarının rol və vəzifələri” mövzusunda fikirlərini bölüşən ədliyyə nazirinin müavini Abiddin Hüseynov vurğulayıb ki, sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərinin ən böyük özəlliyi Azərbaycanın bütün ərazilərində keçirilməsidir.

Nazir müavini bildirib ki, seçkilərin milli qanunvericiliyə uyğun keçirilməsi məsələsi qarşımızda mühüm vəzifələr qoyur. Prosesdə ədliyyə orqanlarının vəzifələrindən danışan A.Hüseynov seçkilərdə vətəndaşların fəal iştirakını qeyd edib. Bildirib ki, nazirliyin seçki prosesində vəzifələrindən biri də penitensiar müəssisələrdə olanların seçki prosesində iştirakının təmin edilməsidir. Onun sözlərinə görə, Azərbaycanda penitensiar müəssisələrdə cəza çəkən məhkumların səsvermə hüququ tam təmin edilir.

“Penitensiar müəssisələrdə keçirilən seçkilər təlimata uyğun aparılır və xüsusi komissiya yaradılır. Seçki günü səsverməni izləmək üçün media subyektləri cəlb olunurlar”, - deyə o bildirib. Seçki siyahılarının dürüstləşdirilməsində Ədliyyə Nazirliyinin də iştirak etdiyini diqqətə çatdıran nazirlik rəsmisi doğum və ölüm faktları ilə məlumatların dəqiqləşdirilməsi məsələsinə toxunub. Qeyd edib ki, məlumatlar Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə reyestrdə yoxlanılır.

Nazir müavini qeyd edib ki, notariat ofisləri də seçki prosesində sənədlərin təsdiqlənməsi və digər aidiyyəti proseslərdə iştirak edir.

Müşavirənin sonunda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri ilə seçki prosesi ilə bağlı söhbət aparıb və tövsiyələrini verib.

 


Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930