Tarix: 29-07-2024, 15:59
İmişli və Saatlı rayonlarının bir hissəsində iyulun 30-da qazın verilişi dayandırılacaq.
Shir.az-ın məlumatına görə, “İmişli 1” ölçü qovşağından qidalanan PE-315 mm-lik daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar olaraq, iyulun 30-u saat 09:00-dan etibarən, işlər yekunlaşana qədər İmişlinin rayon mərkəzi, 20 kənd, 2 qəsəbəsində (17 969 abonent), həmçinin, Saatlı rayonunun bir kəndində (224 abonent) “İmişli 1” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.