Tarix: 14-08-2024, 09:06
Bakıda avtomobilin piyadanı vurması faktı ilə bağlı cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov Shir.az-a bildirib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq istintaq hərəkətləri davam etdirilir.